Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75739
az

Azərbaycanda bu şəxsi tapana 40 min manat MÜKAFAT - FOTO

19:3703 Noyabr, 2022
138
CƏMİYYƏT
  • A

Bu il may ayında Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveeti ilə bağlı mükafat elan edilib.

Bu barədə APA-ya Hindistan səfirliyindən bildirilib.

Məlumatda itkin düşən şəxsin qardaşı Dharan Kondaveeti tərəfindən onunla sonuncu dəfə mayın 12-də əlaqə saxladıqları qeyd olunub. Daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Bildirilib ki, polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərilsə də, onunla bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb.

Hindistan vətəndaşı Manikanth Kondaveeti tapan şəxsə 40 000 manat pul mükafatı veriləcəyi vəd olunub.

Qaydalar və şərtlər aşağıdakı kimidir:
Ətraflı

"1) Bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu