Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75727
az

Prezidentin Protokol xidmətinin yeni rəisi kimin oğludur? - DOSYE + VİDEO

17:0403 Noyabr, 2022
232
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsinə təyin edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyasət üzrə fəlsəfə doktoru olan A.Səmədov Moskva Dövlət Universitetinin diplomatiya fakültəsinin məzunudur. 

Onun atası Vasif Səmədov isə Azərbaycanın tanınmış veteran jurnalistlərindəndir. Əməkdar jurnalist V.Səmədov “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “Araz” mükafatlarına, eləcə də “Oqonyok” jurnalının laureatı adına layiq görülüb. O, həmçinin Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edib.

V.Səmədov “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrini tutub.

Qeyd edək ki, A.Səmədov bugünkü təyinata qədər həmin xidmətin rəis müavini vəzifəsini icra edib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Oteldəki ölüm hadisəsində fərqli iz: Dörd dostun yanında başqa kimlər olub?  
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı