İran Qafqaz və sərhədlərin dəyişdirilməsinin İran İslam Respublikasının qırmızı xətti olduğunu və regional gərginliyin ancaq region ölkələrinin iştirakı ilə həll edilməli olduğunu vurğulayır.
Oxu24.com xəbər verir ki, bu barədə İRNA nəşri məlumat dərc edib.
Bildirilib ki, bu baxımdan İran Bakı ilə İrəvan arasındakı mübahisənin həlli üçün 3+3 dialoqu təklif edib: “Lakin regiondan kənar müdaxilə və sionist rejimin İran İslam Respublikası ilə düşmənçiliyi və onun İran hökumətinə təsiri Bakını Tehranın açıq mesajını qəbul etməməyə vadar edir. Hətta bəzi hallarda regionun (İranın – red.) maraqlarına zidd hərəkət edirlər”.
Qeyd olunub ki, gərginliyi azaltmaq məqsədi ilə Azərbaycan və Ermənistan liderləri İrana dəvət edilib: “Lakin Bakı bu dəvətə hələ ki, rəsmi cavab verməyib”.
Onlar Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) İranla sərhəddə hərbi təlim keçirməsini İranın bu təklifinə cavab kimi qiymətləndiriblər.
Oxu24.com
ŞƏRHLƏR