Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75690
az

Naxçıvanın muxtar statusu ləğv edilir - Ekspert

08:2203 Noyabr, 2022
256
ÖZƏL BÖLÜM
  • A

Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir. Doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli Naxçıvan DTX-nin ləğvini şərh edərkən deyib.

O bildirib ki, bu addımın hüquqi bazası, Konstitusiya islahatları “ayağı” mütləq olmalıdır:

“Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, böyük şəhər bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir. Bu həm də Xankəndidə yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə səbəb olacaq”.

“Qarabağ münaqişəsi bitib”, tezisinin, yəni doğru olan yanaşmanın təməli yaradılmalı, altı doldurulmalıdır”, - ekspert əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı”- Hakim qarşısında