Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75488
az

Hellouin bayramında 59 nəfər ölüb, 150 nəfər xəsarət alıb

22:3229 Oktyabr, 2022
113
  • A

ənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 59 nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Mirror" Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.

İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.

Cənubi Koreya hökuməti Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində azı 59 nəfərin öldüyünü, azı 150 nəfərin yaralandığını təsdiqləyib.

Bu barədə şənbə günü fövqəladə xidmətlərə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Bundan əvvəl KBS telekanalı iki nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı  gəlib. Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

"Yonhap" agentliyinin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskinin yeni sülh planından gözləntiləri
Bakı bulvarı bağlandı: giriş-çıxış QADAĞAN OLUNDU
Azərbaycanı qran-pridə təmsil edəcək cüdoçular müəyyənləşdi

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Günün ikinci faciəsi: qatar daha bir nəfəri vurdu