Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75292
az

Bakıda 16 yaşlı qız bu sözünə görə öldürülüb - Təfərrüat

16:3821 Oktyabr, 2022
209
KRİMİNAL
  • A

Dünən Abşeronda dəhşətli hadisə baş verib. 16 yaşlı qız xüsusi amansızlıqla qətlə yetirilib.

OXU24.COM  baku.ws-ə istinadən bildirir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü qız 26 yaşlı nişanlısı Murad Həsənovla şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bıçaqlanıb. Hadisədən sonra xəstəxənaya aparılan 16 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Qətl baş verən ərazidə Baş Prokurorluğun kriminalist ekspertləri olublar. Müayinələr aparılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar toplanılıb.

Qəsəbə sakinlərinin İTV-yə verdikləri məlumata görə, qətldə şübhəli bilinən şəxs Hökməlidən olsa da Xırdalanda yaşayıb. Nişanlısı ilə görüşmək üçün qəsəbəyə gəlib. Əvvəlcə onu evlərinin yaxınlığındakı məscidin yanına söhbətə çağırıb. Söhbət zamanı 16 yaşlı qızı başqa bir oğlanla danışmaqda ittiham edərək mübahisə yaradıb. Bu zaman qız onun bu söhbətlərindən bezdiyini və nişanı geri qaytaracağını söyləyib.

Aralarında yaranan münaqişə nəticəsində oğlan bıçaqla ona bir neçə dəfə xəsarət yetirib. Bıçaq zərbələrindən biri yeniyetmənin boğaz nahiyəsinə vurulub. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı qız bir il yarım bundan əvvəl 14 yaşı olarkən nişanlanıb. Lakin toyları qızın 18 yaşı olandan sonra baş tutacaqdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda qadını döyüb ona qarşı quldurluq edən şəxs SAXLANILDI