Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75189
az

Azərbaycanda şagird erməni zabitin silahı ilə görün necə öldürülübmüş - ŞOK DETALLAR

12:1319 Oktyabr, 2022
409
KRİMİNAL
  • A

Mingəçevirdə məktəbli Orxan Kərimovu tapançadan açdığı atəşlə qətlə yetirən Əlvan Qasımovun məhkəmə prosesi başa çatıb.

Oxu24.com-un  “Qafqazinfo”ya istinadən xəbərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Əlvan Qasımov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin noyabrın 18-də Mingəçevir şəhərinin “Yeni Həyat” yaşayış massivində baş verib.

Məhkəmə zamanı Əlvan Qasımov ifadəsində 16 yaşlı Orxan Kərimovu hansı səbəbdən öldürdüyünü açıqlayıb. 

O bildirib ki, Orxan Kərimov dayısı oğlu M.İsmayılovla birgə onun oğluna qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. 

Əlvan Qasımov bunu öyrənəndən sonra Orxanı öldürmək qərarına gəlib.

Əlvan qətlin baş verdiyi gün qonşuluqda şəhidin yas mərasiminə yollanıb və Orxanı da orada görüb. O, yas qurtardıqdan sonra axşam saatlarında evə gəlib və tikilidə gizlətdiyi tapançanı özüylə götürüb.

Əlvan Qasımov marketdən siqaret alıb çıxarkən Orxanın tək piyada çayxanaya tərəf getdiyini görüb. Bir neçə dəqiqə sonra isə Orxan Kərimovun yanında həmyaşıdlıları ilə birlikdə çayxanadan çıxıb ev tərəfə getdiyinə şahidlik edib.
 
Orxangilin yanından keçərkən Orxan Kərimov və yanındakı həmyaşıdları uca səslə gülməyə başlayıb.  Təxminən bir-iki metr həmin şəxslərdən uzaqlaşsa da, artıq səbri çatmayıb və yığılmış kütləyə tərəf geri qayıdıb. O, iç cibindən “Makarov” tipli tapançanı çıxararaq Orxana güllə qurtarana qədər atəş açıb. Silahda güllə qurtardığından atəşi dayandırıb, daha sonra tapançanı əlində saxlayaraq evə gedib. 

Evə daxil olan kimi oğluna Orxanı öldürdüyünü deyib və ailəsi ilə vidalaşıb. Bir neçə dəqiqə sonra isə onun evinə gələn polis əməkdaşlarına təslim olub. 

O, silahı necə əldə etdiyindən də danışıb. Əlvanın sözlərinə görə, o vaxtilə N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsini icra edib. Qasımov silahı 2002-ci ilin aprel ayında əsir götürdüyü erməni zabitinin üzərindən götürdüyünü, o vaxtdan özüylə saxladığını bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...
10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
"Salmanoğlu İnşaat-79” MMC 20 min manat cərimələndi

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...