Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75185
az

“Vətən Müharibəsi Qəhrəmanı” mayor Şixamir Qaflanovun Şəhid olduğu gündür

12:0219 Oktyabr, 2022
212
ÖZƏL BÖLÜM
  • A

19.10.2020-ci ildə qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz “Vətən Müharibəsi Qəhrəmanı” mayor Şixamir Qaflanov...

Qaflanov Şixamir Oruc oğlu 1986-cı ilin 7 dekabrında Zaqatala rayonunun 3-cü Tala kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.
Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfərdə şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatılıdğı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür