Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75167
az

Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr

23:5618 Oktyabr, 2022
142
CƏMİYYƏT
  • A

Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər.

Bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə).

İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:

1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: "Gözəl əxlaq ruzinin artmasına səbəb olar".

2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: "Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur".

3. Günahları pak olar. İmam (ə) buyurur: "Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər".

4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: "Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir".

5. Mücahid kimi savab əldə edər. İmam Sadiq (ə) buyurur: "Allah bəndənin yaxşı əxlaqına görə o savabı əta edər ki, hansını hər səhər və axşam Onun yolunda vuruşan mücahidə əta edər".

Pis əxlaqın nəticələri:

1. Əhli-Beytdən (ə) xaric olar. İmam Sadiq (ə) buyurur: "Bizdən deyildir o kəs ki, böyüklərimizə ehtiram göstərməz və kiçiklərimizə rəhm etməz".

2. Əməli məhv olar. İmam (ə) buyurur: "Necə ki, sirkə balı məhv edər, pis əxlaq da əməli məhv edər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?
Bakıda polisin tapdığı 10 min manat onun imiş... - Foto