Rusiyada “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu aşkar edilib.
Oxu24.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçılarının Hüquqlarını Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətin rəisi Anna Popova idarənin kollegiyasının iclasında bildirib.
Onun sözlərinə görə, virus ötən həftə Misirdən gələn şəxsdə aşkarlanıb: “Hələlik Rusiya ərazisində başqa qrip virusu yoxdur. Buna görə də, diqqətlə fəaliyyət planı hazırlamaq üçün vaxtımız var”.
Qeyd edək ki, “HonKonq” qripi kimi tanınan A(H3N2) virusu 1968-ci ildə yayılıb. Pandemiya dönəmində sərt karantin tədbirləri seçilməyib. Bəzi ölkələrdə yoluxmanı önləmək üçün üz maskaları istifadə edilib. Ümumilikdə, bu virusdan 1 milyondan çox adamın öldüyü bildirilir.
Oxu24.com
ŞƏRHLƏR