Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74921
az

Kəmaləddin Heydərov Azərbaycan idmançısından nə xahiş edib? - Boksçu ilk dəfə açıqladı

17:1913 Oktyabr, 2022
146
  • A

"Peşəkar boksa erkən keçmək lazımdır. Amma mənim obyektiv səbəblərim var idi. Azərbaycan Boks Federasiyasının ovaxtkı rəhbəri Kəmaləddin Heydərov məndən daha bir olimpiya tsikli üçün milli komandada qalmağımı xahiş etdi. Mən sona qədər qaldım ki, Azərbaycana faydalı olum, ölkənin bayrağını qaldırım. 2017-ci ildə üçüncü dəfə dünya çempionu oldum".

OXU24.COM baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri "azerisport.com"a müsahibəsində Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı, 3 qat Dünya və bir dəfə Avropa çempionu Məhəmmədrəsul Məcidov bildirib.
 

Peşəkar boksçu əlavə edib ki, Azərbaycanda peşəkar boks sənayesi yoxdur, mediada işıqlandırılmır: "İkinci problem boksçuların özləridir. Boksçu qalib gəlmək üçün ac olmalıdır. Bizim oğlanlar ilk əhəmiyyətli uğurdan sonra özlərini itirirlər. Artıq məşqə vaxt tapmırlar, tənbəlliklərinə qalib gəlmək istəmirlər. Pul gördükcə, boks arxa plana keçir".

Məhəmmədrəsul Məcidov həmçinin deyib ki, zədədən tam sağalıb və altı aya yaxındır ki, aktiv məşq edir: "Rinqə girməyə hazıram. Menecerlərimin döyüş təşkil edəcəyini gözləyirəm. Promouterlərlə danışıqlar gedir, amma hələlik gözləməliyəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəmaləddin Heydərov Azərbaycan idmançısından nə xahiş edib? - Boksçu ilk dəfə açıqladı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü