Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74787
az

"İran ayılsın, fikirləşsin və görsün" - Politoloq

20:1108 Oktyabr, 2022
147
SİYASƏT
  • A

"Türkiyə ilə Ermənistan arasında danışıqların aparılmasına bir neçə dəfə cəhd edilib. Son illər Prezident Ərdoğanın tapşırığı ilə Türkiyənin ABŞ-dakı səfiri işləmiş diplomat Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndə təyin olunub və müəyyən müzakirələr də keçirilib. Bu baxımdan Praqadakı görüş üçün həm də zəmin yaranmışdı, müəyyən hazırlıq işləri aparılmışdı. Bu görüş də Ərdoğanın istədiyi şəkildə keçdi. Türkiyə prezidenti açıq elan etdi ki, Ermənistan Azərbaycanla sərhədlərini müəyyən etsin, ərazi bütövlüyünü tanısın, biz də Ermənistanla quru və hava yolunu açmağa hazırıq. Əlbəttə, digər şərt saxta soyqırımı məsələsidir və bunu da Türkiyə asanlıqla həll edəcək".

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Cümşüd Nuriyev Türkiyə Prezidenti Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüşü şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, bundan sonra Türkiyə ilə Ermənistan arasında kontaktlar davam edəcək:

"Bu həm də Ərdoğana imkan verəcək ki, seçkilərdə Türkiyədə yaşayan ermənilərin səsinin rəqiblərə getməsinin qarşısını alsın".

Cümşüd Nuriyev söyləyib ki, İran Türkiyə-Ermənistan əlaqələrinə müsbət yanaşmayacaq:

"İran ayılsın, fikirləşsin və görsün ki, qardaş dedikləri ermənilər onları satdı. Ermənistana Avropa missiyasının gəlməsinin ən böyük ziyanı İranadır. Fransa İranı dağıtmaq istəyir.

Rusiyanın isə ciddi şansı yoxdur. Hazırda onların başı Ukraynaya qarışıb. Üstəlik Harvard sənədi açıqlandıqdan sonra Huyuston Universitetinin də sənədi ortaya çıxıb. Həmin sənəddə Rusiyanın gələcək durumu haqqında danışılır, bu ölkənin bir neçə yerə parçalanacağından bəhs edilir. Bu baxımdan Rusiya Ermənistan-Türkiyə münasibətlərinin qurulmasına qarşı çıxmayacaq, müsbət yanaşacaq. Hazırda Rusiya-Türkiyə münasibətləri normaldır. Həm də indi Rusiyaya ikinci cəbhə lazım deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinin köməkçisindən BRICS AÇIQLAMASI: "Bu qədər çox ölkəni..." -FOTO
Moldovada prezident seçkiləri və referendum baş tutdu -YENİLƏNDİ
XİN: Azərbaycan və Ermənistan razılıq əldə etdi -FOTO/YENİLƏNDİ

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
İtkin düşən 8 nəfər tapıldı