Manisanın Salehli rayonunun Yağbasan məhəlləsində zeytun və badam ağacları üçün qazma işləri ilə məşğul olan fermer Mustafa Yüksel tarlasından neft çıxıb.
Baş verən yanğını söndürməyə çalışan Mustafa Yüksəl açdığı çuxurdan bir müddət sonra neft çıxdığını başa düşüb.
OXU24.COM lent.az-a istinadən xəbər verir ki, bu xəbəri öyrənən sakinlər neft çıxan ərazini almaq üçün müraciət ediblər. Fermer isə ərazinin satılmadığını qətiyyətlə açıqlayıb.
Bizneslə məşğul olan bir nəfər isə bu ərazi üçün 50 milyon dollar təklif edib. Buna baxmayaraq, fermer torpağı dövlətinə ayırdığını vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR