Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74281
az

Baş həkimi NİYƏ GİROV GÖTÜRDÜLƏR? - ŞOK SƏBƏB

21:1027 Sentyabr, 2022
940
REDAKTORUN SEÇİMİ
  • A

Masallı rayon vərəm dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.

Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda onun intihara cəhd etdiyi, lakin həyatı xilas olunaraq Bakıya gətirildiyi bildirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı Masallı rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.

“Qafqazinfo” isə intihara cəhd edən həkimlə bağlı əlavə məlumatlar əldə edib. Bildirilir ki. Mirrəhim Nəbiyev sələmçilər tərəfindən şantaj edilib, ondan külli miqdarda faiz tələb edildiyi üçün həyatına qəsd edib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib.

Təfərrüatlar onun dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ