Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74111
az

Deputatlar müharibəyə göndərilə bilərlər - Rusiyada şok təklif

22:2322 Sentyabr, 2022
179
  • A

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin parlamentin aşağı palatasının lazımi hərbi təcrübə və bacarıqlara malik deputatları və aparatının əməkdaşlarını Ukraynadakı müharibəyə səfərbər etməyi təklif edib.

OXU24.COM  publika.az-a istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib.

"Köməkçilərimiz var, böyük aparatımız var. Təcrübəsi olanları, bizimlə işləmək istəyənləri yığıb xüsusi əməliyyatda iştirak edək. Onlar könüllü ola bilərlər, sadəcə bizə dəstək ola bilərlər. Biz burada mövqe tutmalıyıq, siz və mən bunu etməliyik. Çünki həmkarlarımızı tanıyıram, xüsusi əməliyyatda iştirak etmək barədə bəyanat yazan həmkarlarımızı tanıyıram", - Volodin deyib.

O, həmçinin çeçen könüllülərinə rəhbərlik edən deputat Adam Delimxanov, Dmitri Sablin, Viktor Vodolatskiy, Əhməd Doqayev və digər parlament üzvlərinə Donbasda hərbi əməliyyatda iştirak etdiklərini xatırladıb.

"Zireh yoxdur (yəni orduda xidmət etməmək hüququ - red.) - ondan başlayaq", - o qeyd edib.

Məlumat üçün bildirək ki, may ayında Volodin Dumada Rusiya Federasiyasının "xüsusi hərbi əməliyyatında" iştirak etmək istəyən deputatların olduğunu bildirmişdi.

Xatırladaq ki , Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik haqqında fərman imzalayıb və buna əsasən birinci mərhələdə 300 min Rusiya vətəndaşı cəbhəyə gedəcək. Səfərbərlik qərarından sonra bütün Rusiyada etirazlar başlayıb. İndiyədək 1000-dən çox adam həbs edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: