Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74057
az

SON DƏQİQƏ! Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

22:2321 Sentyabr, 2022
821
CƏMİYYƏT
  • A

Bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil.

OXU24.COM  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Xidmət rəisi qeyd edib ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir.

"Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80% arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir", - deyə U.Tağıyeva vurğulayıb.

U.Tağıyevanın sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas amillərdən biridir.

"30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilik ötürmə sürətinə  təsir etməklə  insanların əhvalında mənfi reaksiya yaradır. Belə ki, isti hava şəraitində yüksək rütubət,  dərinin səthindən nəmin çıxmasına sanki mane olur,  istilik ötürülməsi yavaşlayır, bu da bəzi narahatlıqlara səbəb olur".

Xidmət rəsmisi onu da bildirib ki, sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək.

SON DƏQİQƏ! Müdafiə Nazirliyi təcili açıqlama yaydı

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar bu halda dövlətdən pul alacaq — QAYDASI +MƏBLƏĞ
Dərəyə aşdılar: Ölənlər var
Sahil Babayevlə görüşmək istəyənlərin NƏZƏRİNƏ!

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi