Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73910
az

Gələn ay Turanın toyu olacaqdı - şəhid xəbəri gəldi - VİDEO

09:1617 Sentyabr, 2022
226
HƏRBİ
  • A

Ailəsi, yaxınları onun toyuna hazırlaşırdı. Gələn ay özünə toy edəcəydi. Ancaq qismət olmadı. Zaqatala rayon Qımır  kənd sakini  Turan Məhərrəmov düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhidimiz bu gün doğulduğu kənd şəhidlər qəbristanlığında dəfn edilib.

Nikah mərasimi keçirmişdi.Özü də gələcək həyat yoldaşına ürəkdən hə cavabı vermişdi.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, nişanlı olan bun gəncin 22 gün sonra isə toyu olacağıdı.Ancaq, düşmənin təxribatının qarşısını alan zaman şəhid oldu.

Xüsusi Təyinatlı Qüvvələrin  hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Zaqatala rayon Qımır  kənd sakini  Turan Tərlan oğlu Məhərrəmovun  cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Qımır  kəndinə gətirilib.

Turan Məhhərəmovun   yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala  Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Dəfn mərasimində Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Turan Məhhərəmov doğulub boya-başa çatdığı Qımır kənd qəbristanlığında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun  atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, Turan Məhhərəmov Vətən müharibəsinin də iştirakçısı olub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı