Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73682
az

17 il əvvəl itən nişan üzüyü sahibinə qaytarıldı

22:3112 Sentyabr, 2022
356
DÜNYA
  • A


Kanadada bir üzgüçü Britaniya Kolumbiyası əyalətində yerləşən Pentikton su kanalında üzük tapıb.

OXU24.COM  xəbər  verir ki, bu barədə "UPI" xəbər agentliyi məlumat yayıb.

Ətraflı
Hadisə barədə polisə xəbər verildikdən sonra üzüyün sahibi axtarılıb. Məlum olub ki, üzüyün sahibi onu 17 il əvvəl itirən Stefani və Noel adlı cütlükdür.

Belə ki, üzüyün içində Stefani və Noelin adları yazılıb.

Üzük tapılması barədə yayılan xəbərlər Stefaninin atasının diqqətini çəkib və qızının belə bir üzüyünün olub-olmadığını soruşub. Qızı Noel Nissen isə üzüyünü 17 il əvvəl itirdiyini bildirib. Nissen sözlərinə görə, həmin vaxt dostları ilə su kanalında əylənməyə gediblər və orada üzüyünü itirib.

Üzüyü təsadüfən tapan üzgüçü qiymətli halqanı çütlüyün evliliklərinin 20-ci ildönümü üçün hədiyyə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"
Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK - FOTO