İspaniyanın dünyaca məşhur festivallarından biri olan "La Tomatina"ya qatılan 20 min adama 6 yük maşını ilə gətirilən 130 ton pomidor atılıb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, Valensiya şəhərinin Bunol qəsəbəsində bu il 75-ci dəfə keçirilən tədbir zamanı küçələr və şəhərin içərisindən axan çay qırmızıya boyanıb.
Qeyd edək ki, bu il həm də festivalın beynəlxalq turizm hadisəsi kimi tanınmasının 20-ci ildönümüdür.
Hər il avqustun son günündə təşkil edilən pomidor festivalı COVID-19 epidemiyası səbəbiylə 2019-cu ildən sonra ilk dəfə təşkil olunub.
Oxu24.com
ŞƏRHLƏR