İspaniyanın şimal-şərqində şiddətli fırtına zamanı diametri təxminən 10 santimetr olan dolu yağıb.
OXU24.COM xəbər verir ki, dolunun altında qalan 20 aylıq körpə ölüb.
Belə ki, dolu zamanı iri buz parçaları körpə uşağın başına düşüb. Xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Yağan dolu nəticəsində 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, avtomobilə, yaşayış evlərinə ziyan dəyib.
İspaniyalı meteoroloqlar bildiriblər ki, bu son 20 ilin ən böyük dolu yağıntısıdır.
Oxu24.com
ŞƏRHLƏR