Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.
"Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.
Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.
Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR