Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir.
OXU24.COM unikal-a istinadən xəbər verir ki, Əflatun Amaşov bununla bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.
Məsələylə bağlı Əflatun Amaşov bildirib ki, qurultayın vaxtından bir neçə ay keçdiyi üçün İdarə Heyəti toplanacaq: "İdarə Heyətinin iclasında qurultayın zamanı müəyyənləşəcək. Yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər qurultayda həll olunacaq".
Rəşad Məcid isə oxu.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib: "Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır".
Oxu24.com
ŞƏRHLƏR