Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
OXU24.COM manset.az-a istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.
Onun yerinə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.
Oxu24.com
ŞƏRHLƏR