Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73244
az

Əmək fəaliyyətinə fəhləlikdən, satıcılıqdan başlayan deputatlar

14:4126 Avqust, 2022
135
CƏMİYYƏT
  • A

Xalqın etimad etdiyi, Ali qanunverici orqanda özlərinə vəkil seçdikləri insanların həyatı hər zaman maraq dairəsində olub.

OXU24.COMbizim media-ya istinadən xəbər verir ki, bu marağı nəzərə alaraq bəzi deputatlarımızın ictimai həyata ilk atışına, ilk əmək fəaliyyətinə işıq salınıb.
Ətraflı

1. Madər Musayev. Cəmiyyətimizdə daha çox "Hacı" kimi tərif edilən deputatımız 1947-ci ildə anadan olub. Əmək fəaliyyətinə satıcı şagirdliyindən başlayıb. Sonra kiçik satıcı, baş satıcı işləyib. Onu da qeyd edək ki, Madər Musayev Milli Məclisdə ən uzunömürlü iki mandat sahibindən biridir. O, 1990-cı ildə Azərbaycan Ali Sovetinə, 1995-ci ildən bu günə kimi Milli Məclisə deputat seçilib.

2. Eldar İbrahimov. O, Naxçıvanda əmək fəaliyyətinə fəhləlikdən başlayıb. Daha sonra çilingər və mexanik işləyib. 1990-cı ildə Azərbaycan Ali Sovetinə deputat seçilən Eldar müəllim davamlı olaraq 5 çağırış Milli Məclisə də mandat qazanıb.

3. Tahir Kərimli. Əmək fəaliyyətinə orta məktəbdə təsərrüfatçı kimi başlayıb, Sonra fəhlə işləyib. Daha sonralar isə hüquq mühafizə orqanlarında çılışıb. Qısa müddətdə isə Ali Məhkəmənin sədri olub.

4. Səttar Möhbalıyev. Milli Məclisin ən stajlı deputatlarından olan Səttar müəllim əmək fəaliyyətinə qəlibçi-fəhlə kimi başlayıb. Bir müddət fəhlə də işləyib. Sonrakı illərdə isə iqtisadçı kimi müxtəlif sahələrdə çalışıb. O, uzun müddətdir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədridir.

5. Vahid Əhmədov. O da əmək fəaliyyətinə fəhləlikdən başlayıb. Bir ara tokar da olub. Sənayenin müxtəlif sahələrində çalışan Vahid müəllim bir müddət Baş nazirin müavini vəzifəsini daşıyıb.

6. Oqtay Əsədov. Gənclik illərində fəhlə işləyib. Sonra Bakı Məişət Kondisionerləri zavodunda baş usta və sahə rəisi olub. İqtisadi həyatımızın müxtəlif sahələrində çalışan Oqtay müəllim "Azərsu" ASC-nin sədri vəzifəsinə qədər yüksəlib. Ən əsası o uzun illər Milli Məclisə rəhbərlik edib.

7. Qüdrət Həsənquliyev. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb. Hüquqşünaslıq ixtisasına yiyələnən Qüdrət bəy bir ara Dövlət katibinin köməkçisi kimi çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi