Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73230
az

Azərbaycanda internetdə təhlükəli qadınlar peyda olub - FOTOYA DİQQƏT

23:0625 Avqust, 2022
3358
ŞİKAYƏTLƏR
  • A

Bir qrup Şəki sakini dələduzluğun qurbanı olduqlarını iddia edirlər.

İddialara görə, özünü ''AYSEL GLLT'' rəsmi lotoreyasının rəhbəri kimi təqdim edən Sumqayıt sakini Aysel Sətxanova rayonun Orta Zəyzid kəndindən olan Turan Bəkirova, Oxud kənd sakini Aynur Məmmədova və onun bacısı qızı Dinar Kərimova ilə əlbir olaraq bir sıra insanlara votsap vasitəsilə linklər göndərərək guya yatırım tipli lotoreyaya qoşulmaları üçün şirnikləndirici vədlər veriblər.

Oxu24.com -un  məlumatına görə, zərərçəkənlər iddia edirlər ki, onlara bir neçə mərhələ üzrə qazanc əldə edə biləcəkləri izah edilib. Bildirilib ki, ilk dəfə 35 manat ödəyən insanın 15 gündən sonra 280 manat, ikinci mərhələdə 105 manat ödəyib 840 manat, üçüncü mərhələdə 170 manat ödəyib 1360 manat, sonuncu mərhələdə isə 625 manat qoyaraq 5000 manat qazana biləcəkləri vədi verilib. Cəlbedici təkliflərə inananlar onlara göndərilən kartlara külli miqdarda pul köçürüblər.

Lotoreyaya qoşulmaq üçün yaradılmış qrupa təxminən 150 nəfər qoşulub. Onların 300 manatdan 10 min manatadək karta pul köçürdükləri deyilir. Daha sonra özlərini lotoreya sahibləri kimi təqdim edən şəxslər yoxa çıxıblar.

Məsələ ilə bağlı  DİN -in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, adları qeyd olunan şəxslər bir sıra şəhər və rayonlarda da analoji əməlləri törətdikləri üçün faktla bağlı cinayət işi başlanıb. Vətəndaşlardan daxil olmuş eyni məzmunlu şikayətlərlə əlaqədar toplanmış materiallar istintaqı aparılan cinayət işinə əlavə edilməsi üçün göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda şok hadisə: 800 min manatlıq evini itirdi (VİDEO)
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 
Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir - SİYAHI

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ