Dəhşətli qəzada xanımı ilə birgə ölən görün kim imiş
Ötən gün Bakı şəhəri Suraxanı rayonunda - Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub.
APA TV-nin əldə etdiyi məlumata görə, Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün Zığ şosesində “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində ər-arvad hadisə yerində həlak olub.
Oxu24.com
ŞƏRHLƏR