Xəbər verdiyimiz kimi, Kapital Bank-ın ödəniş kart sahibləri Google Pay vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. Google Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar.
Google Pay-i smartfonunda aktiv edib Birbank Visa kartları ilə ilk dəfə ödəniş edən müştərilər əlavə olaraq hədiyyə qazana bilərlər. Bunun üçün 23 sentyabr 2022-ci il tarixinədək market, kafe və yanacaqdoldurma məntəqələrinin hər birində minimum 20 AZN məbləğində nağdsız ödəniş etdikdə Visa sahibləri 5 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, hər müştəri bu fürsətdən bir dəfə yararlana bilər və keşbeki qazanmaq üçün hər 3 əməliyyatı eyni kart ilə etməlidir.
Qeyd edək ki, Google Pay ilə ödənişi həyata keçirmək üçün müştəri Android əməliyyat sisteminə malik smartfonu və ya ağıllı saatı ödəniş terminalına yaxınlaşdırmalıdır. Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçilər smartfonu blokdan çıxartmaq üçün üz tanıma, barmaq izi funksiyalarından və ya şifrədən istifadə etməlidirlər. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Google Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.
Oxu24.com
ŞƏRHLƏR