Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 17-19 avqustda Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə respublika üzrə fəaliyyət göstərən 111 heyvan kəsimi məntəqəsində aparılan monitorinqlər zamanı ümumilikdə 91 nöqsan müəyyən edib.
AQTA-dan verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülməsinə dair qərar qəbul edilib, 26 məntəqədə kəsim qurğuları sökülüb, 55 məntəqə sahibinə qanunvericiliyin tələbləri izah edilib və sonuncu xəbərdarlıq edilib.
Ətraflı
Ad - 00:17
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş məntəqələr aşağıdakılardır:
AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır.
Oxu24.com
ŞƏRHLƏR