Quranın nəzərinə görə, saleh əməllərin müxtəlif nümunələri vardır. O cümlədən: Allaha iman bəsləmək, Peyğəmbərə (s) iman bəsləmək, çətinliklərə dözmək, əfv etmək, güzəşt etmək,
Əhli-Beyti (ə) sevmək, xeyirxahlıq, fəsad və fəhşadan uzaq olmaq, səhər çağı istiğfar etmək, zəkatı vermək, Allah yolunda infaq və ehsan etmək, ehtiyacı olanlara yardım etmək, ata və ana ilə layiqli rəftarlar etmək... Bütün bunlar Quranın bizə təqdim etdiyi saleh əməllərin nümunələridir.
Bəs saleh əməlin bərəkətləri hansılardır?
1. Dostluq və səmimiyyət.
2. Dünya səadəti.
3. İqtisadi cəhətdən inkişaf etmək. "(Malınızı) Allah yolunda xərcləyin və (onu Allah yolundan başqa bir yerə sərf etməklə)özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir". ("Bəqərə" 195).
4. Günahların bağışlanması. "Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı! Allahın onların (nəinki pis, hətta) daha pis əməllərini bağışlaması və onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!". ("Zumər" 34-35).
5. Ruhi hüzur. "(Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün)axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!". ("Nəhl" 30).
6. Allah yanında məhbub olmaq. "Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 148).
Oxu24.com
ŞƏRHLƏR