İraqlın Kərbəla şəhərində ziyarətgah uçub.
OXU24.COM xarici mediaya istinadən xəbər verir ki, İraqın Kərbəla bölgəsində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah torpaq sürüşməsi nəticəsində uçub. İndiyədək dağıntılar altında qalan 4 nəfərin cəsədi tapılıb. Daha 6 nəfər xəsarətlə dağıntılar altından çıxarılıb.Məlum olub ki, Şiə müsəlmanları üçün müqəddəs sayılan İmam Əli hərəminin damı həddindən artıq rütubət səbəbindən torpağın sürüşməsinin təsirindən uçub.
Ziyarətçilərin yerləşdiyi ərazidə çökmə baş verdiyindən dağıntılar altında çoxlu adamın olduğu təxmin edilir və xilasetmə işləri davam edir.
Oxu24.com
ŞƏRHLƏR