Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73006
az

Azərbaycanda bələdiyyə sədri qəzaya düşdü - FOTO

23:3214 Avqust, 2022
218
CƏMİYYƏT
  • A

Oğuzda baş verən yol qəzasında biri bələdiyyə sədri olmaqla dörd nəfər xəsarət alıb.

OXU24.COM  APA-ya istinadən xəbər verir ki, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayon sakini Saməddin Yusif oğlu Hüseynovun idarə etdiyi "KİA Sorento" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Qəza zamanı sürücü S. Hüseynov və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini Elvin İsrafil oğlu Quliyev, Şəki rayonu Qaratorpaq kənd sakinləri Mehman Elməddin oğlu Rəcəbov və Mehmanın qardaşı oğlu Ruzi Əvəz oğlu Rəcəbli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan S. Hüseynov və M. Rəcəbovun xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

E. Quliyev və R. Rəcəblinin müalicəsi Şəki RMX-da davam etdirilir.

Qeyd edək ki, qəza zamanı xəsarət alan M. Rəcəbov Şəki rayonunun Bolludərə bələdiyyəsinin sədridi.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Yeni ulduz” qayıdır? -Dilarə AÇIQLADI
"Qanını yuduğum şəhidin oğlum olduğu ağlıma gəlməzdi" -VİDEO
Elgizdən həmkarına: "Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO