parılan araşdırmalara görə, insanların cinsi istəkləri həftənin fərqli günlərində, hətta sutkanın müəyyən saatlarında daha yüksək olur. Lakin hər kəs üçün bu zamanın eyni vaxtda düşdüyünü demək doğru olmazdı. Bu, insanların bürclərinə gröə fərqlilik göstərə bilir.
OXU24.COM bizim.media-ya istinadən hər bürcə görə seks üçün ən uyğun vaxtı təqdim edir:
Qoç - səhər, yeni günə hazırlaşarkən.
Qoç bürcü insanları yeni günə başladıqda enerji ilə doludur və fiziki gücləri yerindədir. Qoç bürcünün cinsi münasibətdə olması üçün səhərlər ideal vaxtdır.
Buğa - çərşənbə axşamı, cümə və şənbə.
Buğa bürcləri tənbəl insanlardır. Lakin mövzu seks olduqda həftənin 3-günü buğaların enerjisi yüksək səviyyədə olur.
Əkizlər - bazar günü səhərlər, nahardan sonra.
Əkizlər özlərini rahat və tətildə hiss etdikdə, daha balanslı və daha yüksək bədən enerjisinə sahib olacaqlar.
Xərçəng - yağışlı şənbə gecəsi.
Xərçəng kimi romantik bürcdən olan bir insan üçün sevdiyi insanla keçirəcəyi vaxt təbii ki, yağış damcılarının şüşəyə dəydiyi ritmlə daha gözəl olacaq.
Şir - ziyafətə getmək üçün evdən çıxmazdan əvvəl.
Şir bürcünün atəşi və həyəcanı onun üzərində olduqda, sevişməyə daha meylli olur. Buna görə də partiyalar və dəvətlərdən əvvəl onun üçün ideal zamandır.
Qız - işdən sonra evdə.
Üzərinə düşən vəzifələri yerinə yetirən və evə dinc dönən qız bürcü üçün, əhval-ruhiyyəsi yaxşı olarkən evdə sevişmək üçün doğru zamandır.
Tərəzi - uzun dadlı nahardan sonra.
Tərəzi bürcünün bədən tarazlığı günorta saatlarında daha yüksəkdir və əhval-ruhiyyə yaxşıdır. Bu səbəbdən Tərəzi bürcünün sevişmək üçün ideal vaxtı nahardan sonradır.
Əqrəb - hər an, hər dəqiqə.
Cinsi əlaqəyə böyük əhəmiyyət verən bu bürcün insanları sevişməkdən hər zaman həzz ala bilər. Ona görə də əqrəblər üçün xüsusi vaxt məhdudiyyəti yoxdur.
Oxatan - Gecənin gec saatları...
Ağlında və xəyallarında özünü azad hiss etdiyi anda, enerjisindən ən yaxşı formada istifadə edəcəyi zamanda olan Oxatan bürcləri üçün gecənin gec saatları sevişmək üçün idealdır.
Oğlaq - yatmazdan əvvəl ediləcək son şey kimi.
Bir çox insanlar kimi üzərinə düşən vəzifələri yerinə yetirmədən yuxuya getməyən Oğlaq bürcü ilə sevişmək üçün ideal vaxt yatmazdan əvvəldir.
Dolça - səhər oyanan kimi.
Dolçanın bədən enerjisi və tarazlığı oyandıqda yaxşı olacaq. Bu səbəbdən dolça bürcləri üçün uzun sevişmə və romantik toxunuşlar üçün ən yaxşı vaxt səhər saatlarıdır.
Balıqlar - iş üçün evdən çıxmazdan əvvəl.
Romantik Balıqlar gözlənilməz yerlərdə sevişməyi sevirlər. Buna görə səhər işə getməzdən əvvəlki tələsdikləri vaxt onlar üçün daha uyğundur.
Oxu24.com
ŞƏRHLƏR