"Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır".
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, - o vurğulayıb.
A.Danilov əlavə edib ki, bütün proseslər nəzarət altında olmaya bilər: “Lakin bu, müharibədə normal haldır. Mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar”.
Oxu24.com
ŞƏRHLƏR