Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Səfər Mehdiyevin idarə etdiyi 90-AA-978 dövlət qeydiyyat nişanlı avtomobilin polis tərəfindən saxlanması videosu yayılıb.Maşından düşən sürücü YPX əməkdaşına "Sən nə həyasız adamsan, əə? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib.
Bəs keçmiş sədrin idarə etdiyi bahalı maşın kimin adınadır?
Oxu24.com-un əldə etdiyi məlumata görə, nömrə "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bəs bu şəxs kimdir, özünə "Kurtlar Vadisi" qurub? Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumudur.
Videokı polisi təhqir edən isə Səfər Mehdiyevdir, video isə sədr olduğu vaxtda çəkilib.
Oxu24.com
ŞƏRHLƏR