Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72638
az

Əhaliyə ŞAD XƏBƏR: Bu şəxslər 300 manat müavinət alacaqlar

22:2101 Avqust, 2022
1039
CƏMİYYƏT
  • A

"Bu il ərzində valideyn olmuş vətəndaşlarlarımız uyğun dövlət qurumuna müraciət etməklə həmin 300 manatı almaq imkanına malikdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna etdiyi dəyişiklikləri şərh edərkən deyib. Deputat bildirib ki, 2022-ci ilin Dövlət Büdcəsinə edilən dəyişikliklərdən sonra Dövlət Sosial Müdafiə Fondunun xərclərində artımlar nəzərdə tutulub:

"İlkin təsdiq olunan Dövlət Sosial Müdafiə Fondunun büdcəsndə xərclər 5 milyard 306 milyon 800 min manat nəzərdə tutulub. Yeni dəyişikliklərdən sonra bu rəqəm 6 milyon 300 minə qədər qədər artırılıb. Nəzərə alsaq ki, artımlar daha çox əhaliyə ödənişlər üzrə xərclərdir. Və bütövlükdə Dövlət Sosial Müdafiə Fondunun təsdiq olunmuş büdcəsi dürüstləşmədən sonra 299 milyon 500 min manat artırılacaq. Eyni zamanda əhaliyə ödənişlər üzrə xərclərdə artımlar nəzərdə tutulub. Belə ki, təsdiq olunmuş büdcədə əhaliyə ödənişlərin 5 milyard 133 milyon manat olması nəzərdə tutulmuşdu. Amma dəyişikliklərdən sonra bu rəqəm 5 milyard 431 milyon 200 min manata qədər artırıldı. Bu isə ondan xəbər verir ki, məhz bu istqamətdə xərclərdə 298 milyon 200 min manat artım var.

Eyni zamanda uşağın anadan olmasına görə xərclərdə 4 milyon manat artım nəzərdə tutulub. Belə ki, təsdiq olunmuş büdcədə bu, 20 milyon manat idi. Artıq dürüstləşmiş büdcədə isə 24 milyon manata qədər yüksəlib”.

Deputatın fikirincə, artımın əsas səbəbi uşağın anadan olmasına görə ödənilən vəsaitin həcminin 50% artırılması və 200 manatdan 300 manata çatdırılması ilə bağlıdır:

"Nəzərə alsaq ki, əvvəlki illərdə uşaq doğulan zaman uşağın anadan olmasına görə ödənilən müavinətin həcmi 200 manat idi və bu ildən etibarən 300 manata qədər yüksəldildi. Burada da əsas məqsəd məhz uşaq doğulan zaman xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsinə nail olunmasından ibarətdir. Bu istiqamətə ayrılan vəsaitin həcmində eyni zamanda uşağın anadan olmasına görə ödəniləcək müavinətin məbləğinin artırılması növbəti illərdə də həyata keçiriləcək. Bu, davamlı bir prosesdir. Bütövlükdə məqsəd məhz bu tip sosial müavinətlərin davamlı şəkildə artırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan valideyn olan vətəndaşlarımız artıq uşaq anadan olduqdan sonra müraciət edərək 300 manatlıq birdəfəlik ödəniş almaq hüququna malikdirlər”.

Vüqar Bayramov qeyd edib ki, bu artıq təsdiq olunub və yanvarın 1-dən etibarən dünyaya gəlmiş uşaqlara 300 manat ödənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, sözügedən müavinətin məbləği 200 manatdan 300 manata qaldırılıb./Qaynarinfo 

İki uşağı ilə özünü binadan atan qadının əri  görün kim imiş - FOTO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı
“Bəy hamamı”nda yanğın oldu -FOTO/YENİLƏNDİ
Tanınmış ekspert həbs olundu

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR