Azərbaycanda yaşlı kişi azyaşlı oğlanla cinsi əlaqədə olduğu üçün tutulub.
Oxu24.com xəbər verir ki, "Ucar rayon sakini Ceyhun Ağayev barəsində 26 iyul 2022-ci il tarixində Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılmış, 27 iyul 2022-ci tarixində isə Ucar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə,həbs edilən şəxs Ucar Rayon məscidində dindar kimi tanınıb və oğlan uşaqlarına Quran dərsi deyib.
O,həmçinin Məşədə ziyarətçi də aparırmış.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR