Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72228
az

Toyundan bir gün əvvəl özünü öldürən gəlinin yazışmaları üzə ÇIXDI

11:0322 İyul, 2022
939
REDAKTORUN SEÇİMİ
  • A
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib. Belə ki, 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində toyu olacağı günü özünü asaraq öldürüb. Redaktor.az xəbər verir ki, Aysun nişanlısı ilə yola getmədikləri üçün canına qıyıb. Yaxınlarının bildirdiyinə görə, təxminən 3 aya yaxın müddət imiş ki, Aysunla nişanlısı arasında anlaşılmazlıqlar olurmuş. Bütün bunlar Aysun özünü asdıqdan sonra məlum olub. Belə ki, onun bəzi səs yazıları və mesajları ortaya çıxıb. Qeyd edilir ki, istintaq getdiyi üçün telefon hazırda polisdədir. Aysunun özünü asmağına səbəb isə ikisindən birinin bu evliliyi istəməməsi olub. Ailə də hələ bilmir ki, evliliyi istəməyən hansı olub. Mesajlardan məlum olub ki, gecə saat 4-də nişanlısı Aysungilin evinə gəlib onu sevmədiyini deyib, hətta hədələyib. Aysun da olub- bitəni ailəsinə deyə bilmədiyi üçün özünü öldürüb. Həmçinin, Aysunun nişanlısının qazi olduğu bildirilir. Qeyd edək ki, toyları olmasa da onlar bir müddət əvvəl rəsmi nikaha daxil olublar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...
Avroviziyanın filanında gərginlik: İsrail 12 xalı görün kimə verdi - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı