Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72097
az

TƏCİLİ! Bakı va Moskva arasında KRİTİK ANLAŞMA – “Centlmensayağı yumşaq güc” TƏTBİQİ

23:0617 İyul, 2022
198
CƏMİYYƏT
  • A

Beləliklə, Prezident Əliyev Moskvada tərəflər arasında şifahi şəkildə digər anlaşmaların əldə edildiyinə də eyham vurdu. Bu, beynəlxalq siyasətdə “Centlmen sövdələşməsi” adlandırılır. Bu sövdələşməyə görə, Ermənistan Qarabağın statusu ilə bağlı məsələyə bir daha qayıtmamalıdır. Bu isə İrəvanın həm də Azərbaycana qarşı əsassız ərazi iddiasından imtina etməsi deməkdir. İrəvan isə kapitulyasiya aktına imza atmasına baxmayaraq, yenə də bu məsələni qabardır. Üstəgəl, 28 illik fəaliyyəti dövründə heç nə ilə yadda qalmayan ATƏT-in Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir”.

Elşən Manafov bildirib ki, istər Avropa Birliyinin, istərsə də Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir:

“Bizi buna vadar edə biləcək amilləri kənara qoysaq, Azərbaycan indiki geosiyasi reallıq və regional problemlər fonunda qalan məsələləri hərbi yolla həll etməkdə maraqlı olmaya bilər. Qərb və Rusiya arasında yeni dünya nizamının formalaşdırılması uğrunda geosiyasi mübarizənin qızışdığını nəzərə alsaq, bunun üçün münbit zəminin olmadığını deyə bilərəm. Yeni savaşın qarşısını ala bilən digər ən müxtəlif geosiyasi gerçəkliklər də ola bilər. Hər halda Azərbaycan savaş istəyən tərəf deyil. Amma Ermənistan anlaşmadan boyun qaçırmağa davam edərsə, Azərbaycanın digər variantları nəzərdən keçirə biləcək qədər də gücü var”.

Politoloq Azərbaycan ordusunun Fərrux dağına nəzarəti bərpa etdikdən sonra Moskvadan Bakıya edilən səfərə diqqət çəkib:

“Məlum olaydan sonra Rusiya Müdafiə Nazirliyinin yüksək ranqlı rəsmisi Bakıya gəldi. “Centlmensayağı” Bakının diqqətinə çatdırıldı ki, ermənilərin Qarabağdakı qanunsuz hərbi birləşmələri bu ilin iyun ayınadək ərazilərdən çıxarılacaq. Rusiya nümayəndəsi bunu dedi və getdi. Amma indiyədək bu yöndə bir tərpəniş görmürük.

Azərbaycanın növbəti həmləsindən ehtiyat edən ermənilər isə hələ də Fərrux kəndinin həndəvərinə yaxın gələ bilmirlər. Kənd ətrafındakı yüksəkliklərə nəzarət isə Silahlı Qüvvələrimizin nəzarətindədir. Bunların isə böyük strateji önəmi var. Belə ki, bu yüksəkliklər Ağdam və Xaçınçay su kanalının təlükəsizliyinin təmin edilməsi işində müstəsna əhəmiyyətə malikdir.

Fərrux olayı və Xankəndiyə gedən qaz kəmərində problemlərin yaranmasından sonra Qarabağın dağlıq hissəsindəki separatçılar, Ermənistan və onun havadarları əl-ayağa düşdülər. Bakı isə öz üstünlüklərindən istifadə etmək niyyətində olmadığını, erməni əsilli Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının Konstitusiyamız çərçivəsində təminatçısı olduğunu bildirdi. Bu, əsl centlmen mövqeyi idi.

Etiraf edək ki, bu gün Qərb Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda nəyin bahasına olur-olsun, Avropanı Moskvanın qaz asılılığından xilas etmək istəyir.

Qərbdə, xüsusilə ABŞ-da belə nöqteyi-nəzər var ki, Rusiya Avropanı “qaz kartı” ilə şantaj edir və imkanlar durduqca, Avropa demokratiyası üçün “Damokl qılıncı” təhlükəsi həmişə olacaq. Əslində, bu, Avropanı öz nüfuz dairəsində saxlamaq istəyən güclərin düşündükləri konsepsiyadır. Gerçəkdə isə həmişə olduğu kimi, dava “yorğan davası”dır. Belə ki, ABŞ Rusiyanı bazardan sıxışdırıb öz qazını yüksək qiymətə Avropaya sırımaq istəyir. Bununla belə, Rusiyanın Avropaya təsir imkanları yetərincədir. Lazım gələrsə, Rusiyanın “yumşaq güc” tətbiq etməklə Avropa iqtisadiyyatını uzun müddət çətin duruma sala biləcəyi ilə bağlı imkanları da var, bunu Brüsseldə də yaxşı bilirlər.

Bu mənada, bizim də yeri gəldikdə Ermənistan və separatçılara münasibətdə “yumşaq güc”ə müraciət etməyimizin müsbət nəticələri ola bilər. Bu siyasətin sətiraltı məqamlarını centlmensayağı istər Qərb, istərsə də Şərqdəki tərəfdaşlarımıza başa sala bilərik. Beləliklə, “centlmensayağı yumşaq güc” diplomatiyamızın əsas devizinə çevrilə bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Xəzərdə suyun səviyyəsi ARTDI

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM