Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71531
az

TƏCİLİ! Ermənistanla sərhəd açıldı

19:3401 İyul, 2022
255
  • A

Bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.

Bu barədə "Oxu24.com-a Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib. 

Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub. 

Qeyd edək ki, Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzada3 nəfər öldü
SON DƏQİQƏ! Ağır qəza:Xeyli sayda yaralı var - ADLAR
Bəzi rayonlarda çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO