Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71213
az

Pişik kimi xoruldayan... köpək - VİDEO

22:2426 İyun, 2022
287
MARAQLI
  • A

Pişiklərin arasında böyüyən küçük onların vərdişlərini də əxz edib.

OXU24.COM  bildirir ki, dördayaqli ev heyvanları özlərinin qeyri-adi bacarıqları ilə sahiblərini tez-tez təəccübləndirir. Çoxdan və geniş yayılmış qənaətə görə, itlə pişiyin bir yerdə yaşaması, yola getməsi qeyri-mümkündür. İntəhası, hərdən bu məsələdə istisnalar da olurmuş. Misal üçün, bu dinc və xeyirxah nəhəng köpək doğulandan pişiklərin yanında yaşayıb və hətta onların dilində "danışmağı" da öyrənib. 

Davranışı ilə hamını heyrətə salan bu köpək eynən dördayaqlı bığlı dostları kimi xoruldamağı bacarır. Bu ağıllı kopək internetdə yayılan təsirli kadrlarda sahibinin dizlərinin üstündə sığaldan xumarlana-xumarlana nəvazişlə xoruldayır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Zebralar niyə bir-birlərinə baş yelləyirlər?
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz