Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7085
az

Erməni siyasətçi: “Paşinyan əraziləri Azərbaycana verəcək”

15:2715 Noyabr, 2018
947
SİYASƏT
  • A
 "Ermənistanın hazırkı hökuməti özündən əvvəlki ölkə rəhbərliyinin Dağlıq Qarabağla bağlı siyasətini davam etdirir"

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Əriklər ölkəsi” partiyasının rəhbəri Zauri Postancyan bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Serj Sarkisyanın dövründə Ermənistan aprel döyüşlərində hektarlarla ərazini “itirdi”. Amma indiki hakimiyyətin də daxili və xarici siyasətində heç nə dəyişməyib və onlar sələflərinin yolu ilə gedirlər. Lakin bu yolda Nikol Paşinyan Sarkisyandan da uzağa gedərək, Ermənistanın ziyanına olan qərarlar verəcək.

Bu kontekstdə Postancyan sansasiyalı bəyanatla çıxış edərək bildirib ki, Paşinyan maliyyə maraqları müqabilində Qarabağ ətrafındakı rayonları Azərbaycana verəcək.

“İndiki ölkə rəhbərliyi hansısa maliyyə imtiyazları müqabilində Bakıya ərazi güzəştləri etməyə hazırdır. Amma əgər hökumət buna gedərsə, onda Ermənistan cəmiyyəti bu xəyanəti onlara bağışlamayacaq. Hökumətin özü isə “erməni soyqırımı” təşkilatçılarının yaşadığı eyni taleyə layiq görüləcək”, - deyə Postancyan vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb