Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80481
az

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin

23:4511 Yanvar, 2023
1095
SİYASƏT
  • A

Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycanın Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var:

"İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir.

İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.  

Kreml İlham Əliyevin "Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq" fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın "Rusiyanı BMT əvəz etsin" fikrinə dərhal cavab verib. Məsələ sadəddir. Azərbaycanın 2020-ci il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır.

Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?
Qarabağda vəziyyət tamamilə Bakının xeyirinə dəyişir - Ermənilər qorxu içində

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü