Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7082
az

Milli Məclisdə erməni dilində... - Oqtay Əsədov deputata BƏRK ƏSƏBİLƏŞDİ

15:1315 Noyabr, 2018
1089
  • A
“Hər kəs Azərbaycan dilini bilməyə borcludur. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycan dilində danışsın".

Oxu24.com  xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə edilən etiraza münasibət bildirərkən deyib.

Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:

“Mən burada erməni, ya da başqa dildə tərcüməçi əyləşdirməli deyiləm ki? Azərbaycanda olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə iclasların Azərbaycan dilində keçirilməli olduğunu deyib. Lakin, onun sözlərinə görə, digər xalqların nümayəndəsi Azərbaycan dilində danışmaya bilər:

“Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və səkkizi gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Onlardan elələri var ki, dili bilir, elələri var ki, dili bilmir. Yaxud da Azərbaycanda yaşayan digər xalqların nümayəndələri deputat seçilə bilər. Həmin şəxslərə öz dilində danışmaq hüququ verilməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub
Bu şəhərdə hamı İlham Əliyevə səs verib
Prezident sərəncam imzaladı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü