Qazilər peşə hazırlığına cəlb olunurlar
“İşlə təminolunma ilə bağlı kvotanın ilin sonuna qədər 66 mindən 80 minə çatdırılacağı gözlənilir”.
Bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında dedi.
Mustafa Abbasbəyli bildirdi ki, mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilib. Yenilənmiş qanuna əsasən, 2 il ərzində işdən sığorta təyinatının genişləndirilərək cari ilin sonuna qədər 10 minə çatacağı gözlənilir. O həmçinin, şəhid ailə üzvləri və qazilərin peşə hazırlığı kurslarına cəlb edilməsinə də toxundu.
Onun sözlərinə görə, “Böyük qayıdış” çərçivəsində qaçqın və köçkünlərin işlə təmin olması istiqamətində də işlər gedir. İlk Ağalı və Dövlətyarlı kəndlərinə şəhid ailələri, qazi və köçkünlərin köçürülməsi nəzərdə tutulur.
Məşğulluğu olan və təklif olunan işdən imtina edən şəxslərin sayı isə 4 minə yaxındır. 1500-dən artıq şəxs isə müasir peşələrə cəlb edilib.
Oxu24.com
ŞƏRHLƏR