Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70487
az

Valideynlərin diqqətinə! Uşaqlar bu hərəkətləri edirsə, nadir xəstəlik baş verir

00:0706 İyun, 2022
505
TİBB
  • A

Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu.

Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. Lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir.

1000 uşaq arasında 1-10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir.

Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur. Təlimlər, xəstəlik haqqında məlumat verilməsi və psixoloji dəstək — müalicə planının vacib tərkib hissələridir.

Sindrom Jan Marten Şarko tərəfindən öz şagirdi və bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin (fr. Georges Gilles de la Tourette (1857–1904)) şərəfinə adlandırılmışdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+