Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Oxu24.com xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.
O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.
A.Rəcəbovun saxlanılması barədə ilk xəbəri "Qafqazinfo.az" yayıb.
SON DƏQİQƏ! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vacib açıqlama yaydı
Oxu24.com
ŞƏRHLƏR