Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70341
az

Bakıda şok hadisə: Kameranı bağlayıb qazini döydülər - ANBAAN VİDEO

08:2403 İyun, 2022
511
OXU24 TV
  • A

Qazi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qalıb.


Oxu24.com xəbər  verir  ki,  APA TV-nin qaynar xəttinə müraciət edən Ceyhun Məhərrəmov bildirib ki, bir qrup şəxs onu evinin qarşında, ailəsinin gözü önündə döyüb.

Ceyhun Məmmədovun sözlərinə görə, ondan “Şaurma N1” restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə istintaqa verdiyi ifadəni geri götürməyini tələb edirlər.

Ceyhun Məhərrəmovun deyir ki, ondan Aqil Babayevin adını “Şaurma N1 “ restoranının şəriki qismində göstərməməyi tələb edirlər.

Xatırladaq ki, “Şaurma N1” restoranının VÖEN və patent hüququ Ceyhun Məhərrəmova məxsusdur. Restoranlar şəbəkəsinin sahibləri arasında bir müddətdir ki, məhkəmə çəkişməsi davam edir.
Qeyd edək ki, sosial şəbəkələrdə Ceyhun Məhərrəmovun əslində qazi olmadığı haqqında məlumatlar yayılıb. Zərərçəkən bütün bu iddiaların əsassız olduğunu deyir. Çünki onun bu statusu barədə rəsmi sənədlər var, eyni zamanda “Şəhid ailələri, əlillər, müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin üzvüdür. Cəmiyyətə üzv olan digər Vətən müharibəsi iştirakçıları da Ceyhun Məhərrəmovun döyülməsini həssaslıqla qarşılayıblar.

Hazırda isə Ceyhun Məhərrəmovun bir istəyi var. Bu işdə əli olan şəxslərin intintaqa cəlb edilməsi.

Ceyhun Məhərrəmov hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib.

APA TV olaraq, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, hazırda müraciət üzrə müvafiq araşdırma aparılır. Araşdırmanın və ekspertiza rəyinin nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı