Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70126
az

Maqsud Mahmudovdan xəbər var

14:4230 May, 2022
246
REDAKTORUN SEÇİMİ
  • A

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki ittihamedici hökmdən narazıdır.

Oxu24.com-un  xəbərinə görə, təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsindəki hökmün ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti verib. Maqsud Mahmudov məhkəmədən bəraət qərarı qəbul edilməsini istəyir.

Şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hökmə əsasən Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.

TƏCİLİ ELAN! İşçilər tələb olunur: Maaş  1500-2500-3500 MANAT

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə saxlanılan 14 nəfər barədəQƏRAR VERİLDİ
İranda təhlükəli vəziyyət: Anbarlar yanır
Uşaqlar bu halda dövlətdən pul alacaq — QAYDASI +MƏBLƏĞ