Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı Zahid Niftəliyev həbs olunub.
Oxu24.com xəbər verir ki, Hərbi Prokurorluğun İstintaq İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, o, dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham olunur. Ötən gün Zahid Niftəliyev barəsində prokurorluğun təqdimatına baxılıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Zahid Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.
Oxu24.com
ŞƏRHLƏR