“Yeni əlillik meyarları bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.
Oxu24.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev feysbukda yayımlanan "Sosial saat"da deyib.
"Məsələn: birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi. Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az - 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Beləliklə, bir sıra meyarlarda artımlar ediləcək",-deyə Sabir Qocayev bildirib.
SON DƏQİQƏ! Rusiya bu ərazini işğal etdi
Oxu24.com
ŞƏRHLƏR